“Ermənistana yaltaqlanmağa nə vaxt son qoyacağıq?” - Litvalı yazar
02.10.2015 14:53 Sosreaksiya 1869
“Əgər Ermənistanda bir az demokratiya olsaydı, o zaman Avropadakı erməni lobbisi üçün xoş olmayan daha bir həqiqətin - Azərbaycanın tərkibində olan Dağlıq Qarabağda yaşamaq istəyən ermənilərin olması üzrə çıxardı”.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Slaptai” informasiya portalında yerləşdirilən “Ermənistana yaltaqlanmağa nə vaxt son qoyacağıq?” başlıqlı yazıda deyilir.
Yazının müəllifi Qintaras Visotskas Dağlıq Qarabağın Ermənistan tərəfindən qeyri-qanuni işğal faktının Avropada narazılıq doğurmaması, Azərbaycanın isə Avropa ilə dostluq münasibətlərinə can atması, beynəlxalq humanitar forumlara, mahnı müsabiqələrinə, Avropa İdman oyunlarına ev sahibliyi etməsi fonunda Avropa tərəfindən şübhə ilə yanaşılmasının anlaşılmaz olduğunu qeyd edib. Onun sözlərinə görə, bu gün Avropada ən aktual problem olan qaçqın böhranı məsələsində Angela Merkel daxil olmaqla, Brüsseldəki bürokratlar Azərbaycandan nümunə götürə bilərlər:
“Azərbaycandan nümunə götürmək lazımdır. Əlbəttə ki, Almaniyada olan suriyalı, iraqlı qaçqınların vəziyyətini kor- koranə 1988-1994-cü illərdə Dağlıq Qarabağdan qaçan azərbaycanlıların vəziyyəti ilə müqayisə etmək olmaz. İnsanın öz ölkəsində qaçqın düşməsi və qaçqının başqa ölkədə yaşaması tamam fərqli məsələlərdir. Azərbaycan təcrübəsi qiymətlidir. Rusiya silahlı qüvvələrinin köməyilə erməni hərbçiləri təxminən 1 milyon azərbaycanlını evlərindən didərgin salıblar. 8 milyonluq Azərbaycan üçün bu, ağır yük idi. O vaxtlar Azərbaycan kasıb ölkə idi. Lakin azərbaycanlılar məğrur qala bildilər. Heç kimə şikayət etmədilər və heç kəsdən kömək gözləmədilər.Yaranan çətinliklərlə özləri mübarizə apardılar. Təkcə, öz qaçqınları deyil, Çeçenistan və Özbəkistandan olan qaçqınları da qəbul etdilər”.
Q. Visotskas Dağlıq Qarabağ və 7 ətraf rayonun hərbi əməliyyatlarla yanaşı, soyqırım və beynəlxalq hərbi cinayətlərin həyata keçirilməsi vasitəsilə işğal edildiyinə diqqət çəkib. Xocalıda bir gecədə 1 milyon insanın ermənilər tərəfindən qətlə yetirildiyini bildirən müəllif buna görə məsuliyyətin terrorçularını cilovlamağı düşünməyən, Azərbaycan, Türkiyə və Gürcüstan torpaqlarında Böyük Ermənistan yaratmaq arzusunda olan Ermənistanın üzərinə düşdüyünü vurğulayıb.
“Aydın olur ki, son 20 ildə Avropa İttifaqı Azərbaycana beynəlxalq müqavilə və konvensiyalarda nəzərdə tutulan hüququnu bərpa etmək üçün konkret və hiss edilən yardım etməyib”, - deyə o vurğulayıb.
Q. Visotskas həmçinin Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu iddia edənlərə xatırladıb ki, ki, XX əsrin əvvəllərində İrəvan əhalisi əsasən azərbaycanlılardan ibarət olub.
Yazı müəllifi insan hüquqları məsələsinə də toxunub: “Razıyam, Azərbaycanda ideal vəziyyət olmaya bilər. İdeal düzən heç Avropa İttifaqının ən demokratik dövlətində belə yoxdur. Litvada da ideal düzən yoxdur. Amma niyə Avropa İttifaqı rəsmi Bakının kimlərəsə qarşı cinayət işi açdığı vaxt həyəcan təbili çalır? Azərbaycanda xoşməramlı məqsədlə gizlənən erməni, rus casusları ola bilməzmi? Azərbaycanda azərbaycanlıları bir-birinə və ya milli azlıqları dövlətə qarşı qaldıran başqa agentlər yoxdurmu? Ona görə də bəzən biz avropalıların Azərbaycandan nə istədiyimizi anlamaq mümkünsüz olur. Korrupsiya ilə mübarizə aparmağa çağırırıq. Lakin rəsmi Bakı qeyri-qanuni maliyyə əməliyyatlarında şübhəli olan naziri postundan qovursa, Avropa dərhal demokratiya normalarının pozulması hallarını nəzərdən keçirir”.
Müəllif həmçinin Azərbaycana qaçan erməni fəal Vaan Martirosyan məsələsinə diqqət çəkib: “Ermənistanda əsir olan azərbaycanlılar unudulduğu kimi Vaan Martirosyanın danışdıqlarını tezliklə unutmağa çalışacaqlar. Mən təkcə Azərbaycan hərbçilərini deyil, həm də erməni generalının evində qul kimi saxladığı 14 yaşlı azərbaycanlını və öz yaxınlarının məzarlarını ziyarət etməyə gedən azərbaycanlıları nəzərdə tuturam. Onu da deyim ki, Azərbaycanda siyasi sığınacaq alan Vaan Martirosyanın düşünür ki, Azərbaycan sərhədlərini açsa, Ermənistandan minlərlə qaçqın Azərbaycana gələr. Orada səfalət, diktatura və rüşvətxorluq hökm sürür, heç bir perspektiv yoxdur”.
Şərhlər