Satışdan çıxarılan dərmanların sayı açıqlandı
02.10.2015 16:38 Sosreaksiya 1940
Bu ilin 9 ayı ərzində Səhiyyə Nazirliyinin apteklərdə apardığı yoxlamalar zamanı dövlət qeydiyyatında olmayan 2200 qutudan çox dərman preparatları satışdan çıxarılıb.
Reaksiya.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov açıqlamasında bildirib ki, dövlət qeydiyyatına alınmamış dərmanlar Azərbaycana daha çox Avropa ölkələri, Türkiyə, Rusiya, Ukrayna və Belarusdan gətirilir.
P. Əzizbəyov qeyd edib ki, aparılan yoxlamalar zamanı qeydiyyatda olmayan dərman preparatları dərhal satışdan uzaqlaşdırılır.
Şərhlər