YAP-dan deputatlığa namizədlə bağlı açıqlama
02.10.2015 16:49 Sosreaksiya 1867
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov açıqlamasında bildirib ki, buna səbəb L. Abdullayevin dövlət qulluğunda işə keçməsi ilə bağlıdır.
Reaksiya.az xəbər verir ki, o bildirib ki, hazırda məktəb direktoru işləyən L. Abdullayeva dövlət qulluğunda işə keçmək qərarına gəlib, bu halda isə qanun onun seçkili orqanda təmsil olunmasına icazə vermir: "Bu səbəbdən də namizədliyini geri götürüb. Onun hansı dövlət qulluğunu tutması isə hələ bilinmir. İşə götürüləndə açıqlanacaq”.
Qeyd edək ki, hazırda Sumqayıtı Milli Məclisdə YAP-ın deputatı kimi təmsil edən L. Abdullayeva növbəti seçkilərdə partiyanın siyahısı üzrə namizədliyi irəli sürülsə də, öz ərizəsi ilə namizədliyini geri götürüb.
Şərhlər