Həcc ziyarətini başa vuran azərbaycanlı zəvvarların son qrupu Vətənə dönüb

03.10.2015 06:17     Sosreaksiya     1382

Həcc ziyarətini başa vuran azərbaycanlı zəvvarların son qrupu Vətənə dönüb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Həcc missiyasından verilən məlumata görə, zəvvarları gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Bununla da, azərbaycanlı zəvvarların builki Həcc ziyarəti başa çatıb.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarəti üçün 2400 yer ayrılıb.

Azərbaycanlı zəvvarlatrdan üçü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. 

 

Şərhlər