ABŞ-da təyyarə qəzası - 4 ölü

03.10.2015 08:02     Sosreaksiya     1630

ABŞ-ın Cənubi Karolina ştatında yüngül motorlu “Piper PA-32” təyyarəsi qəzaya uğrayıb.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, nəticədə təyyarənin göyərtəsində olan 4 nəfər ölüb.

Təyyarənin naməlum səbəbdən gölə düşdüyü bildirilir.  ABŞ Federal Mülki Aviasiya İdarəsi (FAA) və Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) mütəxəssisləri hadisə yerinə cəlb olunublar.

Şərhlər