Daşınmaz əmlakla bağlı qaydalar ləğv edildi
03.10.2015 11:06 Sosreaksiya 1910
Azərbaycanda daşınmaz əmlakın dövlət reyestrindən çıxarış forması və tərtibi qaydası ləğv edildi.
Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, Nazirlər Kabineti “Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının forması və tərtibi Qaydası”nın təsdiq edilməsi haqqında” 2004-cü il 6 noyabr tarixli 174 nömrəli qərarını ləğv edib.
Bu qərar daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi zamanı verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının formasını və tərtibi qaydasını müəyyən edirdi. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilən çıxarışlar xüsusi kağızda çap olunurdu.
Qərarın ləğvində məqsəd “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etməkdir.
Şərhlər