Türk qızı ABŞ-da öldürüldü

03.10.2015 12:09     Sosreaksiya     2006

ABŞ-da yaşayan Dilarə Elysse Özen adlı Türk qızı evində ölü tapılıb. Onun oğlan dostu tərəfindən öldürüldüyü ehtimal edilir.

Reaksiya.az xəbər verir ki, ABŞ-ın Filadelfiya şəhərində yaşayan Özenin cansız bədəni anası tərəfindən evin hamamında tapılıb.

Gənc qızın 29 yaşlı oğlan dostu Endryu Messner 2015-ci ilin əvvəlində də Özenə fiziki təcavüz edildiyi üçün nəzarətə alınmışdı.  O, ölüm faktından sonra sorğu-sual olunmaq üçün yenə polis idarəsinə aparılıb.

Qonşuları Özen haqda “Həyat dolu bir insan idi” sözlərini deyib. Onlar ötən bazar ertəsi gecəsi Dilarə ilə Endryu arasında qışqırıq və mübahisə səsləri eşitdiklərini bildiriblər.

Qeyd edək ki, Dilarə Ərzurumda 2011-ci ildə düzənlənən Universiada oyunlarında Türkiyənin qadınlar üzrə buz hokkey milli komandasının formasını geyinib.

Ən son İzmir buz hokkeyi yığmasında forma geyən Dilarə ötən il səyahət çətinliklərindən milli komandadan ayrılmağını istəmişdi.

Şərhlər