Tovuzda YDM-ə basqın edənin biri qadın olub - YENİLƏNİB

03.10.2015 16:25     Sosreaksiya     2180

Azərbaycanın Tovuz rayonunda yanacaqdoldurma məntəqəsinə hücum edən 3 nəfərdən biri qadın olub.

Tovuz rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, İman Əkbərova məxsus yanacaqdoldurma məntəqəsinə basqın edənlər operator Mehman Eyvazovu bıçaqla hədələyərək, kassanı açdırıblar. Sonra onu  əl-qolunu  bağlayaraq, kassadakı 1700 manatı oğurlayıblar. 

12:41

Bu gecə saat 03.00 radələrində Tovuz rayonunun Əyyublu kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə basqın edilib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, naməlum şəxslər yanacaqdoldurma məntəqəsində nəzarətçiyə hücum edərək, əl-qolunu bağlayıblar və kassadakı pulu oğurlayıblar.

Hadisəni törədənlərin şəxsiyyəti və dəyən ziyan araşdırılır.

Şərhlər