Şagirdlərin müəllimlərindən ən çox eşitmək istədiyi 3 söz
03.10.2015 13:02 Sosreaksiya 2441
Tələbələrin müəllimlərdən ən çox eşitmək istədiyi 3 söz
Marian Universitetinin təhsil fakültəsində işləyən bir professor assistenti maraqlı bir təcrübə həyata keçirib.
Müəllim yarım il əvvəl fərqli təhsil üsuluna başlamağa və uşaqlarla, yeniyetmələrlə duyğusal olaraq əlaqə qurmağa qərar verir.
Bunun üçün ilk əvvəl universitetdən bəzi dərslərin dayandırılmasını tələb edir. Tez yetkinlik dövrünə hesablanmış dərslərə, raşdırmalara davam edir.
Bu məqsədlə tələbələr və müəllimlər arasında sorğu keçirir. Sorğuda “Müəllimin dediyi hansı sözlər sənin üçün təşviq edici və motivasiya edici olar”, “Müəllimindən məktəbdəki davranışın və ya bilk səviyyənlə bağlı nələri eşitmək istərsən” suallarını qoyur. Müəllimin fərqli bölgələrdəki dörd məktəbin pedaqoqlarından və tələbələrindən aldığı cavablar məktəbin daxilində sosial fərd olaraq qəbul edilməyin və "hiss edilməyin" nə qədər vacib olduğunu bir daha təsdiq edir.
Araşdırmaların nəticəsində tələbələrin müəllimlərindən eşitmək istədiyi 3 söz müəyyən edilib.
Reaksiya.az tələbə, gaird - müəllim münasibətlərini tənzimləməyə xidmət edən həmin sehrli sözləri tədim edir.
I söz “Mənə İnan”
"Sənə inanıram. Bir gün mütləq müvəffəqiyyətli olacaqsan. Nail olacaqsan! Əgər səndə gördüyümü tətbiq etsən, heç bir şey səni dayandıra bilməz"!
Birinə inanmaq onun görünməyən tərəfini görmək deməkdir. Münaqişələr, mənfi ruh halları, kobud davranışlar və mənfi seçimlərin bəzi nəticələri olsa belə, yenə də yaxşı və doğru gedən hadisələrə diqqət yetirməlidir. Bizlər o anda ortada olmasalar belə var olduqlarını bildiyimiz əskik hissələrin "detektivləri" olmalıyıq. Tələbəyə bacaracağını hiss etdiyi fürsətlər verməliyik. Tələbələrimizi yaxşı tanıyırıq, amma yenə də duyğusal və akademik vərdişlərinə ilişib qalarıq. O zaman bunu sınaya bilərsiz: "Sənə inanıram! Sadəcə sabah üçün birlikdə bir plan tərtib edək. Tamamlamağı və həllinə nail olmağı istədiyin iki məsələni seçək və həyata keçməsini təmin etmək üçün birlikdə bir yol tapaq".
II söz “Məqsəd”
"Bir məqsədin var. Bunu görürəm və hiss edirəm. İndi bir az şənlənək və nə olduğunu kəşf edək. Məqsədin dəyişə bilər. Bu yaxşı bir şeydir. Məqsəd həmişə orada bir yerdədir"!
Bir tələbənin öz məqsədini tapması üçün ona necə kömək edə bilərik? Bunu təsdiqləyərək işə başlayarıq: "Bir məqsədin var"! Tələbənin maraq duyduğu şeylərə və işarələrə diqqət edirik. Heç bir ipucu tapa bilmədiyimiz günlərə və saatlara hörmətlə yanaşırıq. Ümidini və məqsədini itirən, lakin təkrar-təkrar cəhd edən başqa insanların hekayələrini danışarıq. J.K.Rowling, Bill Gates, Michael Jordan və Walt Disney məqsədlərini səhvlərdən və uğursuzluqlardan xarakterizə edən məşhurlardandır. Səhv etməyin və uğursuzluğun hədiyyələrindən danışarıq. Və əgər istəsək bu aldadıcı ümidsizlik anlarından necə öyrənməyi seçib anladarıq. Məktəbdə və kurslarda bu tələbələr üçün bir məqsəd yaradırıq. Tələbələri bir-birinə xidmət etməyə dəvət edirik. Bəlkə bir tələbə daha gənc bir tələbəyə xüsusi dərs verir, ya da məktəbin qapıçı və yeməkxana personalı üçün sürpriz bir yemək planlaşdırmağa kömək edir. Bəlkə də məktəbdə müxtəlif çətinliklər yaşayan başqa bir tələbəyə dəstək olur. Bəlkə sinif olaraq Skype vasitəsilə bir qocalar eviylə əlaqə yaradarıq və yetkinliyin mürəkkəb illərini geridə qoymuş və orta məktəb tələbələrinin dostluğundan və onlarla ünsiyyət qurmaqdan xoşbəxtlik duyan başqa bir nəsillə danışarıq. Ancaq öz məqsədləri və qabiliyyətləri olan şəxsləri sinfimizə qonaq kimi çağırmaq, bu insanlar, evlər, həbsdəki gənclərlə və könüllülüyü təşviq edən digər ictimai təşkilatlarla etdikləri işləri bölüşə və tələbələrin istəklərini alışdıra bilərik.
III söz “Məndən soruş”
Tələbələrdən gələn, amma üzərində bir də danışılmayan bu tələbi bir qulaq asın: “Məndən necə olduğumu, nəyə ehtiyacım olduğunu, fikirlərimi və hisslərimi soruş. Yaşıdlarımın önünə çıxıb danışmaq istəmədiyim üçün gülməli cavablar versəm də, məndən fikirlərimi soruş. Məndən xüsusi olaraq soruş. Hər zaman xüsusi olaraq. Sənə öz dünyam, mədəniyyətim, sevdiyim musiqi, inamlarım və hekayəm haqqında danışmağımı istə. Suallarına cavab verməyim bir tədris ili boyu davam edə bilər. Ancaq bil ki, səni eşidirəm. Sevdiyim, ehtiyacım olan, görmək istədiyim planlara verdiyin dəyəri və şəfqət dolu diqqətini hiss edirəm”.
Bir-birimizə kömək etdikdə öz duyğularımız da dəyişir. Şəffaflıqla, fərqindəliklə hərəkət etdiyimizdə dünyagörüşümüz genişlənir, daxilimizdə gərək duyduqlarımız yüksələrkən müsbət duyğular hiss edərik.
Şərhlər