Separatçı rejim AŞPA-ya "yox" dedi
03.10.2015 15:13 Sosreaksiya 1795
Reakisya.az APA-ya istinadən xəbər verir ki, bu barədə özünü Dağlıq Qarabağdakı separatçı rejimin "xarici işlər nazirinin müavini" adlandıran Armine Aleksanyan “Azadlıq” radiosuna müsahibəsində deyib.
Onun sözlərinə görə, R.Volter bu il sentyabrın 22-də onlara məktubla müraciət edərək, hesabat hazırlamaq üçün Qarabağa səfər etməsinə şərait yaradılmasını istəyib, lakin müraciət qəbul olunmayıb.
Separatçı rejimin nümayəndəsi əsasən hesabatın “Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılığın artması” adlandırılmasına etiraz etdiklərini deyərək, bu adın münaqişənin yalnız tək tərəfin mövqeyini ifadə etdiyini bildirib.
Xatırladaq ki, R. Volter “Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılığın artması” adlı hesabat hazırlamaq üçün sentyabrın 15-də Azərbaycan tərəfdən Dağlıq Qarabağa - təmas xəttinə fakt-araşdırıcı səfər edib.
Onun yaxın vaxtlarda təmas xəttinin digər tərəfinə səfər edəcəyi bildirilirdi.
Şərhlər