Nazir məşhur aparıcını qəbul edib

04.10.2015 00:22     Sosreaksiya     1574

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev  Bakıda keçirilən Rusiya filmləri həftəsi çərçivəsində Rusiyada yayımlanan “İnsan və Qanun” verilişinin aparıcısı, rejissor, prodüser Aleksey Pimanovu qəbul edib.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə nazir Azərbaycan kinosunun  son illərdə böyük inkişafa nail olduğunu bildirib, bu müddət ərzində kino sahəsinin əvvəlki illərə nisbətən daha geniş auditoriya qazandığını diqqətə çatdırıb.

Qeyd olunub ki, Azərbaycanda film, serial, sənədli filmlər çəkilməkdədir. Azərbaycanda keçirilən Rusiya filmləri həftəsinin əsas məqsədinin iki ölkə arasında kino sahəsində əlaqələrin inkişaf etdiyi vurğulanıb.

Rusiyalı qonaq Aleksey Pimanov Azərbaycanda olduğundan məmnunluğunu bildirib. A. Pimanov bu cür mədəni tədbirlərin keçirilməsinin iki ölkə arasında mədəni əməkdaşlığa müsbət təsir göstərdiyini vurğulayıb. 

Şərhlər