Azərbaycan daha bir nəfəri İnterpol xətti ilə axtarışa verdi
05.10.2015 11:45 Sosreaksiya 1901
Azərbaycan hüquq-mühafizə orqanları dələduzluqda təqsirləndirilən daha bir nəfəri beynəlxalq axtarışa verib.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, 40 yaşlı Elşad Seyidov külli miqdarda dələduzluq əməlində ittiham olunur. E. Seyidov Azərbaycanı tərk etdiyi üçün onun barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.
Hazırda E. Seyidovun saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Şərhlər