Azərbaycana ilk qar yağdı
05.10.2015 13:22 Sosreaksiya 2067

Azərbaycanın Quba rayonunun Xınalıq kəndində dağlara qar yağıb.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki,bu gün səhər saatlarından başlayaraq, dağlar ağ rəngə boyanıb. Təxminən 3500 metrdən yüksəkdə yerləşən dağlıq ərazilərə qar yağıb.
Kənd sakini Rüstəm Məlikov çəkdiyi fotoları APA-ya təqdim edib.
Quba Regional Hidrometeorologiya Mərkəzindən APA-nın yerli bürosuna verilən məlumata görə, müşahidə məntəqələrinin olduğu ərazilərin heç birində qar yağması faktı qeydə alınmayıb.
Şərhlər