Müəllimlərin biliyi yoxlanılacaq - 12 bölgədə
05.10.2015 14:34 Sosreaksiya 1922

“Bu ilin sonuna kimi Azərbaycanın 12 bölgəsində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanacaq”.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib.
O bildirib ki, diaqnostik qiymətləndirmə Gəncə, Sumqayıt, Şirvan, Hacıqabul, Qubadlı, Masallı, Cəlilabad, Abşeron, İmişli, Xaçmaz, Saatlı və Sabirabadın təhsil müəssisələrində keçiriləcək: “Hazırda texniki məsələlər müzakirə olunur ki, qiymətləndirmə birinci hansı şəhərdə keçirilsin”.
İ. Nağıyev qeyd edib ki, diaqnostik qiymətləndirmə ümumilikdə 35-40 min müəllimi əhatə edəcək.
Şərhlər