Bakının bu küçəsi bağlandı

05.10.2015 14:50     Sosreaksiya     1810

Mikayıl Müşfiq küçəsinin İsmayıl Qutqaşınlı küçəsi ilə kəsişməsindən Hüseyn Cavid prospekti ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti hər iki istiqamətdə tam məhdudlaşdırılıb.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.

Məlumata görə, sürücülər alternativ olaraq İnşaatçılar prospektindən istifadə etmələri tövsiyə olunur. Təmir işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.

 

Şərhlər