Möminlər ideal deyillər

15.06.2015 12:10     Sosreaksiya     2083

Möminləri son zamanlar çox idiallaşdırırlar.Hər kəs bir səhv edən kimi deyr; “O, namaz qılan, oruc tutan mömin adamdır. O, bunu  edirsə mən niyə etməyim?!” Bu fikir heç də düzgün meyar ölçüsü deyil. Əvvəla, oruc tutan da, namaz qılan da insandır, bu dini ayinləri yerinə yetirməyən şəxslər də insandır. Səhvsiz insan isə yoxdur. Möminləri ideal hesab edib sonra onların kiçik səhvlərinə işarə edərək demək ki, əgər bunu mömin edirsə, mən niyə etməyim fikri tamamilə yalnış bir fikirdir. İstər bu dünyada, istərsə də axirətdə hər kəs özünə cavabdehdir və hər kəs axirətdə sorğu- sual olunanda bu tək-tək olunacaqdır.Kimsə kimsəni özünə misal gətirmək hüququnda deyildir.

İslamda möminləri ideallaşdırmaq sonra da onların müəyyən səhvlərini əlimizdə bayraq edib,onları gözdən salmaq “möminlər heç vaxt yalnış addım ata bilməzlər” fikirini beynimizdə proqramlaşdırmaq doğru yanaşma,doğru düşüncə tərzi ola bilməz.Möminlərdə bizlər kimi insanlardır.

İslam fəlsəfəsində məhz bu cür buyrulur: Möminlərə verilən imtiyazlardan birisi böyük günahardan qorunduqları təqdirdə onların kiçik günahlarının bağışlanmasıdır.Bu o deməkdir ki, möminlərdə səhv edə bilərlər onlar heçdə ideal deyillər.Onların fərqi yalnız  böyük günahlardan çəkinmələri ola bilər.

Quranda da bunla bağlı ayə mövcuddur. “Nisa” surəsi 31 ci ayədə buyrulmuşdur; “Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, biz sizin kiçik günahlarınızın üstünü örtər  və sizi şərəfli bir yerə daxil edərik”.

Möminlərin (həqiqi möminlərin) digər insanlardan yeganə fərqi onların Allahın haram buyurduqlarından çəkinməsidir. İnsan bədəninə,insan orqanizminə təsr edəcək zərərli şeylərdən uzaq olmaları, dini ayinləri yerinə yetirərək,ibadət etmələridir.

 

Arzu Həsənzadə

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar