Tanınmış aparıcıya vəzifə verildi

05.10.2015 16:24     Sosreaksiya     1962

Keçmiş teleaparıcı Emin Musəviyə yeni vəzifə verilib.
 
Reaksiya.az-ın məlumatına görə, o, bu barədə sosial şəbəkədəki profilində yazıb:

"Aldığım təklifə böyük məmnuniyyətlə razılıq verdim. Beləliklə, bundan sonra "ASAN FM" radiosunun rəhbəri vəzifəsində çalışacağam. Hazırda texniki məsələlər üzərində iş gedir. "ASAN xidmət"in öz fəaliyyətində rəhbər tutduğu şəffaflıq prinsipinə qoşularaq vurğulamaq istəyirəm ki, "ASAN FM"-də çalışacaq peşəkar və gənc kadrlar öz bilik və bacarıqlarına uyğun seçiləcəklər. Əminəm ki, "ASAN xidmət" kimi "ASAN FM" də qısa müddət ərzində xalqımızın rəğbətini qazanacaq və sevilən radioya çevriləcək".

Qeyd edək ki, E.Musəvi "Azad Azərbaycan" Teleradio Şirkətinin "106.3 FM" radiosunun rəhbəri olub.

 

Şərhlər