Bu marşrut xətlərində dəyişiklik edildi - BU GÜNDƏN

06.10.2015 06:32     Sosreaksiya     1609

“Baku Bus” MMC-nin 6 və 8 saylı marşrut avtobuslarının fəaliyyətə başlaması ilə əlaqədar olaraq, sabahdan etibarən bəzi marşrut avtobuslarının istiqamətlərində dəyişiklik ediləcək.
 
“Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımalarının təşkili” MMC-dən verilən məlumata görə, 88 saylı marşrut avtobusu əvvəl Azadlıq prospektindən 20-ci sahə istiqamətində hərəkət edirdisə, sabahdan etibarən isə Azadlıq prospektindən 28 may metrostansiyasına kimi fəaliyyət göstərəcək.
 
Həmçinin, 37 saylı marşrut avtobusu əvvəllər Avtovağzal- İçərişəhər m/s – 20-ci sahə istiqamətində fəaliyyət göstərirdisə, indi Avtovağzaldan İçərişəhər m/s-na kimi hərəkət edəcək. 13 saylı marşrut avtobusu isə fəaliyyətini dayandırır.
 
Qeyd edək ki, 13 saylı marşrut avtobusu 7-ci mikrorayon –Həsən Əliyev küç. – Tbilisi pr. – Elmlər Akademiyası m/st  istiqamətində fəaliyyət göstərirdi. İndi isə, bu marşrut xəttini Baku Bus MMC-yə məxsus 6 saylı marşrut avtobusu əvəz edib.
 
Qeyd olunan dəyişikliklər 6bu gündən tətbiq olunacaq.

Şərhlər