Azərbaycan Gürcüstana yardım etdi

15.06.2015 12:59     Sosreaksiya     1769

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstanın paytaxtı Tiflisdə təbii fəlakət nəticəsində zərər çəkənlərə yardım edib. 

Reaksiya.Az-ın "Gruziya Online" agentliyinə istinadən verdiyi məlumata görə, yardım məqsədilə Tiflis şəhər meriyasına 10 min litr benzin verilib. Bundan başqa ARDNŞ təbii fəlakətdən zərər çəkənlər üçün 50 min lari (25 min manat) verilib. ARDNŞ zərər çəkənlərə digər yardımları da nəzərdən keçirir. 

Qeyd edək ki, Gürcüstanın paytaxtı Tiflisdə müşahidə edilən leysan yağışları güclü daşqına səbəb olub. Selin şəhərə vurduğu zərər 18 milyon dollara bərabərdir. Bundan başqa təbii fəlakət nəticəsində 70-dən çox adam xəsarət alıb. Onlardan 12-si ölüb. Ölkədə bu gün matəm günü elan edilib.

Şərhlər

Çox oxunanlar