Azərbaycanda iPhone telefonlarının satışına qadağa qoyulubmu?
06.10.2015 11:29 Sosreaksiya 2420

Son günlər mətbuatda xarici ölkələrdən Azərbaycana “Apple” şirkətinə məxsus məhsulların, xüsusilə iPhone telefonlarının gətirilməsinə qadağa qoyulduğu barədə xəbərlər yayılıb.
Reaksiya.az bu mövzu ilə bağlı mobil telefonların online satışını təşkil edən myphone.ae saytı ilə əlaqə saxlayıb.
Saytın nümayəndəsi bu haqda məlumatlarının olmadığını bildirib: “Nazirlər Kabinetinin qərarına əsasən 1000 dollar məbləğində sifariş vermək mümkündür. Hazırda sifarişlər qəbul olunur və heç bir problem yoxdur. Hətta telefonların satış qiymətində endirim kampaniyası da var”.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Mətbuat Xidməti olaya münasibət bildirib.
Açıqlamada kütləvi informasiya vasitələrində “Apple” şirkətinə məxsus məhsulların ölkəyə gətirilməsinə qadağa qoyulması ilə bağlı xəbərlərin əsassız olduğu qeyd olunub: “Hazırda ölkə ərazisinə idxal olunan mobil telefonların mövcud qanunvericilikdə nəzərdə tutulmuş normalara uyğun olaraq rəsmiləşdirilməsi həyata keçirilir”.
Şərhlər