Bakıda ağır qəza: 4 yaralı

15.06.2015 12:07     Sosreaksiya     1855

"Prado" markalı maşınla "VAZ-21015" markalı avtomobil toqquşub

Bu gün saat 11 radələrində Bakının Suraxanı rayonunda ağır yol qəzası baş verib. 

Suraxanı rayon Polis İdarəsi 33-cü polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Yeni Günəşli qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisində hərəkət edən "Prado" markalı maşınla "VAZ-21015" markalı avtomobil toqquşub.

Qəza nəticəsində hər iki avtomobilin sürücüsü ağır yaralanıblar. Bundan başqa, "VAZ" markalı maşında olan 2 sərnişin də ağır yaralanıb.

Yaralılar xəstəxanalara yerləşdirilib. Verilən məlumata görə, "VAZ" markalı maşının sürücüsünün vəziyyəti nisbətən ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Çox oxunanlar