Suriyada döyüşənlərin məhkəməsi başladı
06.10.2015 14:19 Sosreaksiya 1813

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrə qoşulmaqda təqsirləndirilən Telman Bəkirov və Mübariz Tahirovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər. Onlar özlərini təqsirli bilmədiklərini, Suriyada olmadıqlarını, Türkiyədə yaşadıqlarını deyiblər.
Məhkəmə prosesi oktyabrın 13-də davam edəcək.
Qeyd edək ki, hər iki şəxs Milli Təhlükəsizlik Nazirliyinin bu ilin aprel ayında keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Şərhlər