Daha 47 adda dərman vasitəsinin qiyməti təsdiqləndi

06.10.2015 14:27     Sosreaksiya     1989

Tarif (qiymət) şurasının 5 oktyabr tarixində keçirilmiş növbəti iclasında daha 1126 dərman vasitəsinin qiyməti təsdiqlənib.

Reaksiya.az Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən xəbər verir ki,  Şuranın əvvəlki qərarları ilə qiymətləri təsdiq edilmiş təsiredici maddə qrupuna aid olan 47 dərman vasitəsinin qiyməti 6 oktyabr 2015-ci il tarixindən, yeni təsiredici maddələr üzrə 1079 dərman vasitəsinin qiyməti isə 1 dekabr 2015-ci il tarixindən qüvvəyə minir.

Ümumilikdə, bu günə kimi 2183 dərman vasitəsinin qiymətləri Tarif (qiymət) şurası tərəfindən təsdiqlənib.

Bununla yanaşı, daha 135 təsiredici maddəyə aid dərman vasitələri üzrə oktyabr ayının 20-ə kimi sənədlərin (bəyannamələrin) qəbulu elan edilmişdir.

 

Şərhlər