Polis əməkdaşı işdən qovuldu və istintaqa cəlb edildi

06.10.2015 15:03     Sosreaksiya     1980

Azərbaycanda polis əməkdaşı məsuliyyətə cəlb olunub.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Nəsib Nəsibov vəzifə səlahiyyətlərini aşmaqda  şübhəli bilinir.

Məlumata görə, N. Nəsibov daxili işlər orqanlarından xaric edilməklə həmin fakt üzrə başlanmış cinayət işi ilə əlaqədar istintaqa cəlb olunub.

Onu da qeyd edək ki, rayon Polis Şöbəsinin daha bir əməkdaşı, polis serjantı Elman Məmmədov da vəzifə səlahiyyətlərini aşdığı üçün ciddi töhmət alıb.

Şərhlər