Bakıda metro stansiyanın yeni çıxışından son görüntülər - FOTOLAR

06.10.2015 14:54     Sosreaksiya     1980

“Elmlər Akademiyası" metro stansiyasının yeni tikilən çıxışları oktyabrın sonunadək hazır olacaq.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, artıq əsas işlər görülüb: "Hazırda çıxışın ətrafındakı yerlərə tametlər vurulur. Eskalatorlar hazırdır. Bütün infrastruktur işləri yekunlaşıb. İndi kosmetik işləri görürük. Yəqin ki, bu ayın sonuna işlər yekunlaşacaq. Çıxışlar noyabrın 1-də istifadəyə verilməlidir”.

Qeyd edək ki, stansiyada dörd əlavə çıxış inşa olunur. Çıxışlardan biri Bakı Dövlət Universitetinin qarşısında (Z.Xəlilov küç), ikincisi Mətbuat prospektində, digər ikisi isə Elmlər Akademiyasının Kitabxanasının yaxınlığında olacaq.

 

 

Şərhlər