Smartfon telefonlarda enerjiyə qənaət etməyin yolları tapıldı

06.10.2015 15:33     Sosreaksiya     3700

Həyatımızın ayrılmaz hissəsinə çevrilmiş smartfon telefonlarımızın ən böyük problemi enerjini uzun müddət saxlamamasıdır.

Reaksiya.az xəbər verir ki, smartfonlarda bir neçə dəyişiklik etməklə telefonların enerjinin uzun müddət saxlamasına nail ola bilərik.

Aşağıdakı üsulları tətbiq etməklə bu problemi aradan qaldıra bilərsiniz:

1. Telefonun ekrandakı divar kağızının rənginə diqqət etmək lazımdır. Divar kağızının rənginin qara seçilməsi enerjiyə qənaət edəcək.

2. Ekranın parlaqlığını avtomatik rejimdə qoymaq enerjinin həm sürətli yığılmasını təmin edir, həm də telefon uzun müddət enerji saxlayır.

3. Smartfonlarda wi-fi, bluetooth, GPS və 3G enerjinin düşmənidir. Həmin xidmətlərin bağlı olması ilə açıq olması arasında yarım günlük enerji fərqi olur.

4. Ağıllı telefon istifadəçilərinin ən çox etdiyi səhvlərdən biri açıq saxlanılan və istifadə edilməyən proqramlardır. İstifadə etmədiyiniz proqramları bağlamaqla enerjiyə qənaət edə bilərsiz.

5. Smartfonların batareyaları uzun müddət istifadə olunduqda zəifləyir. Bunun qarşısını almaq üçün hər telefonun öz enerji alətindən istifadə etmək lazımdır. Telefonun enerjisi tam bitdikdən sonra enerji alətinə qoşmaq lazımdır. Enerji dolu olanda enerji alətinə qoşmaq telefonun batareyasının ömrünü qısaldır. Smartfonları gecədən səhərə kimi enerjiyə qoymaq da olmaz. 

Şərhlər