ADAU-da alim Mehdi Mustafayevin anım günü keçirilib

06.10.2015 15:33     Sosreaksiya     1734

Azərbaycanda meşə təsərrüfatının inkişaf etdirilməsində və meşəçiliyin genişləndirilməsində tanınmış alim Mehdi Mustafayevin zəhməti danılmazdır.

Azərbaycan Dövlət Aqrar Universitetinin mətbuat xidmətindən Reaksiya.az-a verilən məlumata görə aqranomluq fakültəsində alimin adını daşıyan auditoriyada  anım günü keçirilib.

Tədbirdə bildirilib ki, Mehdi Mustafayev Azərbaycan təbiətinin mühafizəsində, ölkənin aqrar siyasətinin inkişafında, kənd və meşə təsərrüfatının genişləndirilməsində böyük əmək sərf edib. Azərbaycan meşələrinin mühafizə və bərpası, yaşıl massivlərin salınması, yeni ağac növlərinin əkilməsi, əslində vahid meşə mühafizəsi sisteminin yaradılması birbaşa bu alimin adı ilə bağlıdır.

ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov deyib ki, Mehdi Müstafayev ayrı-ayrı zonaların xüsusiyyətlərini, torpaq-iqlim şəraitini, eləcə də ölkənin tarixi bağçılıq və meyvəçilik ənənələrini çox yaxşı bildiyindən bu sahədə də istənilən nəticəni əldə edə bilib. Azərbaycanın nadir sərvətlərindən olan narçılığın inkişafı üçün bu cür bağlar geniş yayıb. O, respublikada meşəçilik elminin inkişafını da xüsusi diqqətdə saxlayıb və bu sahədə kadr hazırlığına ciddi fikir verib. Həmin illərdə ölkədə meşəçilərə böyük ehtiyacın olduğunu bilən mütəxəssis kadr hazırlığının vacibliyi məsələsini qaldırıb və Azərbaycan Dövlət Aqrar Universitetində meşəçilik üzrə kadr hazırlığına başlanılıb.

Şərhlər