Saxta pasportla yaşayan azərbaycanlı həbs olundu - Rusiyada

06.10.2015 15:45     Sosreaksiya     1810

Rusiyada 10 il qanunsuz yaşayan Azərbaycan vətəndaşı saxlanılıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə Udmurtiya Prokurorluğunun mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, Heydərov Vidadi Vaqif oğlu saxlanılan zamanı polis əməkdaşlarına Əliyev Sübhi Ələkbər oğlunun pasportunu təqdim edib.

İşevsk şəhərində yaşayan həmyerlimizin əvvəllər mühakimə olunduğu və 5 il həbs həyatı yaşadığı üzə çıxıb. V. Heydərov silah qismində istifadə edilən predmetlə insan sağlamlığına ciddi xəsarətlər yetirməkdə təqsirli bilinir.

Həmyerlimizin həqiqi adının müəyyənləşdirilməsi üçün istintaq orqanlarına bir il vaxt lazım olub. Məlumatların həqiqi olub-olmadığı Azərbaycanın müvafiq orqanlarından alınan materiallar əsasında müəyyənləşdirilib.

Şərhlər