Ana doğuş zamanı öldü
07.10.2015 02:03 Sosreaksiya 1847

Yeni uşaq dünyaya gətirən Qazax rayon sakini Bakıda dünyasını dəyişib.
APA-nın verdiyi məlumata görə, rayonun Ürkməzli kənd sakini, 1987-ci il təvəllüdlü Təranə Əsgərova Qazaxda ikinci övladını dünyaya gətirdikdən sonra səhhəti pisləşib. Paytaxtda olan xəstəxanaların birinə aparılan ana orada dünyasını dəyişib. T. Əsgərovanın yaxınlarının bildirdiklərinə görə, qadın qeysəriyyə yolu ilə uşaq dünyaya gətiribmiş.
Şərhlər