İngiltərədə kəşfiyyat zəlzələsi: "Snovdenin sənədləri Rusiya ilə Çinin əlinə keçib"

15.06.2015 13:47     Sosreaksiya     1745

İngiltərənin “The Sunday Times” qəzetinin xəbərinə görə Rusiya və Çin keçmiş ABŞ kəşfiyyatçısı Eduard Snovdenin sənədlərinə girişi təmin edib. Qəzetin xəbərinə görə ingilis kəşfiyyatı M16, bunun üzərinə agentlərini "düşmən niyyətli ölkələrdəki" əməliyyatlardan çəkib.

“The Sunday Times” qəzeti xəbərini baş nazirlik, daxili işlər nazirliyi və təhlükəsizlik orqanlarındaki etibarlı mənbəələrə söykəndiyini bildirib. Xəbərə görə, Kreml Snovdenin əlində olan 1 milyondan çox gizli sənədi təmin edib. Yüksək səviyyəli bir hökumət rəsmisi də BBC-yə açıqlamasında bildirib ki, Rusiya və Çinin bu sənədləri əldə etməsindən sonra ingilis kəşfiyyatı agentlərinin yerlərini dəyişdirib.

Xatırladaq ki, kompüter mütəxəssisi Eduard Snovden Milli Təhlükəsizlik Təşkilatında (NSA) sistem idarəçisi kimi çalışmış; 1,7 milyondan çox sənədin üzünü çıxararaq jurnalistlərə ötürmüşdü. Bu sənədlərin yayılması ilə bütün dünya NSA-nın və İngilis ortağı GCHQ - nun izləmə fəaliyyəti haqqında məlumat sahibi olmuşdu.

ABŞ tərəfindən haqqında axtarış qərarı verilən Snovden Rusiyaya sığınmışdı.

Şərhlər

Çox oxunanlar