Bu gün beş rayonda qaz olmayacaq
07.10.2015 09:19 Sosreaksiya 1924

Bu gün Şirvan, Oğuz, Cəlilabad, Ağcabədi rayonlarında və Bakı şəhərinin Xəzər rayonu Şüvəlan qəsəbəsində təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə diametri 530 və diametri 219 mm-lik orta təzyiqli qaz xətlərinin üzərində RDUK-2H-200 qaz tənzimləyici qurğuların quraşdırılması və yeni çəkilmiş qaz xətlərinin mənbəyə birləşdirilməsi ilə əlaqədar oktyabrın 7-də saat 10:00-dan işlər yekunlaşanadək, Şirvan, Oğuz, Cəlilabad, Ağcabədi rayonlarının və Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Şərhlər