BDU-ə doktorantura və dissertanturaya qəbul planı təsdiq edildi

07.10.2015 14:16     Sosreaksiya     3381

Bakı Dövlət Universitetinə 2015-ci il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul üçün 71 plan yeri, dissertanturaya qəbul üçün 67 plan yeri ayrılıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin ali təhsil müəssisələrinin və elmi təşkilatlarının 2015-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı barədə 29 sentyabr 285 saylı sərəncamında əksini tapıb.

BDU-da doktoranturaya ayrılan yerlərdən 26-ı əyani, 45-i qiyabi qəbul planına daxildir. Dissertanturaya ayrılan 67 plan yerindən isə 56-ı büdcə hesabına, 11 yer ödənişli əsaslarladır.

Şərhlər