Bakı Avtovağzal kompleksinin qarşısında sürüşmə oldu
07.10.2015 15:01 Sosreaksiya 2017
Bakı-Sumqayıt yolunda sürüşmə baş verib.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, sürüşmə hadisəsi şəhər istiqamətində, Bakı Avtovağzal kompleksinin qarşısında qeydə alınıb.
Sürüşmə nəticəsində yolda istinad divarı əyilib, Avtovağzalın yola yaxın həyətində iri çatlar əmələ gəlib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasından faktı təsdiqləyiblər.
Bildirilib ki, sürüşmə nəticəsində yolun Sumqayıtdan Bakıya gələn istiqamətdə yolun ortasında böyük çatlar əmələ gəlib, yolun ortasından Avtovağzal istiqamətində qeyri-bərabər çökmə baş verib.
Hazırda aidiyyəti qurumlar ərazidə iş aparır.
Şərhlər