Bakıda metronu su basdı
07.10.2015 15:13 Sosreaksiya 2002
Metronun Elmlər Akademiyası stansiyasını su basıb.
Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, suyun axması insanların gediş-gəlişində maneələr yaradıb.
Məsələ ilə bağlı açıqlama verən “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev suyun eskalatorlardan axdığını deyib.
Onun sözlərinə görə, hazırda axan suyun qarşısı alınıb və insanların gedişində heç bir problem yoxdur: “Suyun axmasına səbəb eskalatorların üzərində yerləşən “Bakı Metropoliteni” QSC-nin inzibati binasında borunun partlaması olub. Qəza yerinə gedən əməkdaşlarımız borunu bərpa edərək axan suyun qarşısını alıb. Hazırda metroda hər hansı bir problem yoxdur”.
Şərhlər