"Yazılanlar yalandır, böhtandır, iftiradır" - Əsəd Cahangir

07.10.2015 15:32     Sosreaksiya     2067

Mətbuatda yayılmış məlumatlara görə tənqidçi Əsəd Cahangir “Azərbaycan” jurnalının baş redaktorunun müavini vəzifəsindən azad edilib.

Məlumatda o da qeyd edilib ki, buna səbəb Əsəd Cahangirlə jurnalın baş redaktoru İntiqam Qasımzadə arasındakı münaqişələr olub.

Reaksiya.az məsələni dəqiqləşdirmək məqsədilə Əsəd Cahangirin özü ilə əlaqə yaradıb. Yayılmış xəbərləri qəhqəhə ilə qarşılayan tənqidçi bildirib ki, yazılanlar yalandır, böhtandır, iftiradır.

Xatırladaq ki, Əsəd Cahangir  2014-cü il mart ayının 31-də Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın qərarı ilə “Azərbaycan” jurnalına baş redaktorun müavini təyin edilib.

Şərhlər