“Anar müəllim deyibsə, deməli işdən çıxmışam”
07.10.2015 16:29 Sosreaksiya 2285
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Əsəd Cahangirin işdən çıxarılmasını təsdiq etdikdən sonra reaksiya.az yenidən tənqidçi ilə əlaqə saxlayıb.
O, telefona cavab verən kimi “Yazılanlar böhtandır, yalandır, iftiradır, elə şey yoxdur, mən bilmirəm, bunları kim yayır, mən heç nə oxumamışam” deyə cavab verib.
Əsəd Cahangirə Anarın bu xəbəri təsdiqlədiyini bildirdikdə isə tənqidçi fikrini dərhal dəyişib: “Hə, Anar müəllim deyibsə, mən də artıq təsdiq edə bilərəm. Çünki Anar müəllim deməyincə mənim hansısa sirri açmağım mümkün deyil. Bayaq siz zəng vuranda mən qəti qərara gəlməmişdim və mənə demişdilər ki, bu haqda məlumat verməyim. Anar müəllim açıqlayandan sonra demək ki, qərar artıq qətiləşdi, müəyyənləşdi və mən də deyə bilərəm. Ancaq hələ də yeni vəzifəm tam məlum deyil. Ola bilər ki, mən razı olmayım, çünki bu, mənim həyatımdır, taleyimdir və buna haqqım çatır”.
Şərhlər