Müəllimlərə şad xəbər - Maaşlar artırılacaq

07.10.2015 16:25     Sosreaksiya     2655

Azərbaycanda gələn il orta ümumtəhsil məktəblərinin 22 min müəlliminin maaşı artırılacaq.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üzrə büdcəsi haqqında” qanun layihəsinin komitədə müzakirəsi zamanı deyib.

O bildirib ki, gələn Azərbaycanın 12 regionunda müəllimlərin attestasiya mərkəzi yaradılacaq və 22 min müəllimin maaşı artırılacaq: “Sosial sahələrlə bağlı rəqəmlər azaldılmayıb və gələn il müəllimlərin maaşının artırılması nəzərdə tutulub”.

Şərhlər