Ermənistanda Rusiya əsgərinin meyiti tapılıb
15.06.2015 14:13 Sosreaksiya 1913

Ermənistanın Gümrü şəhərində 102 saylı Rusiya hərbi bazasının hərbi qulluqçusunun cəsədi tapılıb.
APA--nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, meyit "Ana Ermənistan" kompleksinin ərazisində aşkar edilib.
Şirak vilayətinin prokuroru Raffi Aslanyan bildirib ki, qətlə yetirilmiş şəxs 102 saylı Rusiya hərbi bazasının hərbi qulluqçusu İvan Novikovdur. O qeyd edib ki, əsgərin bədənində bıçaq xəsarətləri aşkarlanıb.
Şərhlər