Göygöldə ağır qəza - 2 ölü, 2 yaralı

08.10.2015 08:01     Sosreaksiya     1954

Reaksiya.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı-Qazax magistralının Göygöl rayonunun Hacıməlik qəsəbəsi ərazisindən keçən hissəsində yol qəzası qeydə alınınb.

“VAZ 2106” markalı avtomobilin sürücüsü havanın yağışlı olması səbəbindən düzgün istiqamət seçə bilməyib və avtomobili yolun kənarındakı qoruyucu məhəccərə çırpıb.

Qəza nəticəsində iki nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

Avtomobildə sıxılmış vəziyyətdə qalan cəsədləri çıxarmaq üçün əraziyə FHN-in xilasetmə dəstəsi cəlb olunub.

Şərhlər