Bakıdan Tiflisə jest: “Heyvanları saxlaya bilərik…”

15.06.2015 14:37     Sosreaksiya     1792

“Bakı Zooparkı Gürcüstanda dağılmış zooparkın heyvanlarını müvəqqəti qəbul etməyə hazırdır”
 
Bunu AzVision.az-a Bakı zooparkının direktoru Azər Hüseynov deyib.
Gürcüstanda baş vermiş fəlakətdən danışan A.Hüseynov Tiflis zooparkının direktoru ilə əlaqə saxlamaq istədiyini bildirib.
 
“Mən kömək məqəsdi ilə Tiflis zooparkının direktoruna, köməkçisinə, baytar həkiminə zəng etdim. Ancaq nə qədər cəhd etsəm də onlarla əlaqə saxlaya bilmədim. Fövqaladə vəziyyətdə çalışdıqları üçün telefon bağlantımız baş tutmadı. Biz hər hansısa yardım etməyə, heyvanları qəbul etməyə hazırıq. Sabah yenidən telefon və ya internet vasitəsi ilə əlaqə saxlamağa çalışacağam”-deyə A.Hüseynov vurğulayıb.
 
Qeyd edək ki, Tiflisdə baş vermiş güclü daşqın nəticəsində insan tələfatı və başqa dağıntılarla yanaşı Tiflis zooparkının vəhşi heyvanları şəhərin mərkəzinə qaçıblar. 
 
Zooparkdan qaçan heyvanların axtarışına aidiyyatı qurumların qüvvələri və xüsusi təyinatlılar cəlb olunub. 
 

Şərhlər

Çox oxunanlar