Vergilər Nazirliyi İsgəndər Xəlilovun şirkətini məhkəməyə verdi
08.10.2015 10:54 Sosreaksiya 1837
Azərbaycan Vergilər Nazirliyi (VN) yanında Bakı Vergilər Departamenti “Svit Haus” Məhdud Məsuliyyəti Cəmiyyətini (MMC) məhkəməyə verib.
Reaksiya.az Report-a istinadən xəbər verir ki, departament MMC-nin siyahıya alınmış əmlakının satılması tələbini irəli sürüb.
İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.
Qeyd edək ki, “Svit Haus” çoxmərtəbəli yaşayış binaların tikintisi ilə məşğul olur. Şirkət “Bakı Toxucu Tikiş” ASC-nin sədri Cavanşir Xəlilova aiddir. Lakin “Svit Haus”un əsas sahibinin C.Xəlilovun qardaşı, Rusiyada yaşayan məşhur milyarder İsgəndər Xəlilova məxsus olduğu bildirilir.
Şərhlər