Nazir yüksək rütbəli məmuru işdən çıxardı

08.10.2015 18:02     Sosreaksiya     1923

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun sərəncamı ilə daha bir məmur işdən azad edilib.

Reaksiya.az AzNews.az-a istinadən xəbər verir ki, nazirin sərəncamı ilə Biləsuvar rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Xalid Rüstəmov vəzifəsindən xaric edilib.

Qeyd edək ki, nazirin daha əvvəl Xalid Rüstəmova işində yol verdiyi nöqsanlara görə xəbədarlıq etdiyi deyilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev faktı təsdiqləyib. 

Şərhlər