Məşhur iş adamının həyat yoldaşı ölü tapıldı

08.10.2015 18:17     Sosreaksiya     2084

Türkiyənin kosmetik nəhəngi hesab edilən iş adamı Adnan Huncanın 3 gün əvvəl ortadan itən 75 yaşlı həyat yoldaşı Səma Hunca qəzaya düşən minik avtomobilinin içində ölü tapılıb.

Reaksiya.az xəbər verir ki, Selma Hunca 3 gün əvvəl alış-veriş etmək üçün marketə gedib.

Sarıyerdə yaşayan Selma Huncanın saatlar keçməsinə rəğmən geri qayıtmaması şübhə doğurub və onun ailəsi  polisə xəbər verib.

Huncanın telefonunun ən son siqnal verdiyi Fatih meşə massivində axtarış başlanılıb. Polis əməkdaşlarına havadan vertolyot da dəstək verib.

Nəticədə Səma Hunca ölü halda aşkar edilib.

Adnan Hunca

Şərhlər