Fərdi evdə faciəvi yanğın - 7 uşaq öldü
09.10.2015 03:51 Sosreaksiya 1742

Rusiyanın Krasnodar diyarının Abinski rayonunda fərdi evdə baş vermiş yanğın nəticəsində 7 uşaq diri-diri yanaraq ölüb.
Reaksiya.az-ın məlumatına görə bu barədə Rusiya FHN-nin Cənub Regional Mərkəzinin məlumatında deyilir.
“Hadisə Xolmskaya qəsəbəsində baş verib. Fərdi evin 60 kv.m. sahəsini əhatə edib. Yanğın lokallaşdırıldıqdan sonra evdə 7 uşaq cəsədi aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Şərhlər