Səudiyyə Ərəbistanı Suriyadakı üsyançı qruplara müasir silahlar göndərəcək

09.10.2015 11:07     Sosreaksiya     1783

Səudiyyə Ərəbistanı Suriyadakı üsyançı qruplara dəstəyini artırmaq qərarına gəlib.

Reasiya.az APA-ya istinadən xəbər verir ki, Ər-Riyad üsyançıların Rusiya aviasiyasının zərbələrinə məruz qalmasından sonra bu qərarı qəbul edib.

Yüksək vəzifəli səudiyyəli dövlət məmuru Suriyadakı 3 qruplaşmaya – “Azad Suriya Ordusu”, “Cənub Cəbhəsi” və “Fəth Ordusu”na müasir silahlar, o cümlədən tank əleyhinə idarəolunan qurğular verəcəklərini bildirib. O qeyd edib ki, yardımlar Səudiyyə Ərəbistanının terror təşkilatı saydığı “İŞİD” və “Əl-Nüsra”ya aid deyil.

Xatırladaq ki, daha əvvəl “Reuters” ABŞ-ın suriyalı müxaliflərə yardımı gücləndirmək niyyətində olduğu haqda xəbər yaymışdı.

Şərhlər