Azərbaycana ilk qar yağdı
09.10.2015 11:38 Sosreaksiya 2426

Azərbaycanın şimal bölgəsində yaşayış məntəqəsinə ilk dəfə qar yağıb.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Qusar rayonu, Ləzə kəndi ərazisinə 1 sm qalınlığında qar düşüb.
Quba rayonun Qırız və Qusar rayonunun Kuzun yaşayış məntəqələrinə isə sulu qar yağıb. Regionda temperatur 5-8 dərəcə aşağı düşüb.
Ən aşağı temperatur Quba rayonu, Xınalıq kəndi ərazisində qeydə alınıb. Burda temperatur mənfi 1,6 dərəcə olub.
Şərhlər