“Məqsədimiz akademik borcları ləğv etməkdir” - Rektor

09.10.2015 12:36     Sosreaksiya     1913

Azərbaycan Dövlət Aqrar Universitetində 2, 3 və 4-cü kurslardan akademik borcu olan tələbələrlə rektor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərovun görüşündə bir sıra ciddi məsələlər müzakirə edilib, geniş fikir mübadiləsi aparılıb, çətinliklər araşdırılıb.

ADAU-nun mətbuat xidmətindən Reaksiya.az-a verilən məlumata görə, görüşdə tələbələrlə yanaşı onların akademik məsləhətçiləri (tyutorlar), prorektorlar, fakültə dekanları, tədris şöbəsinin əməkdaşları da iştirak edib.

Görüşdə əsas məqsəd təhsil müddətində akademik borcların ləğvi üçün tələbələrə yaradılan şəraitlə tanış olmaq, onlara lazımi köməyi göstərmək olub.

ADAU-nun rektoru, professor İbrahim Cəfərov görüşdə deyib ki, sizə akademik borclarınızı ödəmək üçün hər şərait yaradılıb.  Məslətçilər istənilən köməyi göstərməyə hazırdır. Yetər ki, siz öz taleyinizə biganə qalmayın.

Demək yerinə düşər ki, 2005-ci ildən Azərbaycanın da qoşulduğu boloniya təhsil sisteminində əsas amillərdən biri zəruri kreditləri toplamaq və akademik borcları ləğv etməkdir.

Şərhlər