Fransa təyyarələri İŞİD-i bombaladı

09.10.2015 14:13     Sosreaksiya     1884

Fransa Hərbi Hava Qüvvələri  İŞİD-in Suriyadakı təlim düşərgəsini bombalayıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Jan-İv Le Drian “Europe 1” radiostansiyasının birbaşa efirində bildirib.

“Fransa İŞİD-in Raqqadakı mövqelərinə hücum edib. Bu, bizim ilk və son əməliyyatımız deyil. “Rafali” qırıcıları terrorçuların təlim düşərgələrini bombalayıb. Qarşıya qoyulan tapşırıq yerinə yetirilib”.

Xatırladaq ki, Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr ekstremistlərin Suriyadakı mövqelərinə ilk aviazərbələri sentyabrın 30-da həyata keçirib. Həmin zərbələr nəticəsində “Xilafətin uşaqları” adlı hərəkatdan 12-si uşaq olmaqla, 30 silahlı öldürülüb.

Şərhlər