183 tələbə toyuq şorbasından zəhərləndi

09.10.2015 14:10     Sosreaksiya     2180

Dünən gecə Bursanın Nilufər rayonunda bir yataqxanada 183 tələbə yedikləri toyuq şorbasından zəhərlənib. 

Reaksiya.az xəbər verir ki, onlar başgicəllənmə, ürəkbulanma diaqnozu ilə xəstəxanalara aparılıb. Çekirge Dövlət Xəstəxanasına 131, Şövkət Yılmaz Təhsil və Araşdırma Xəstəxanasına isə 52 tələbə gətirilib.

Tələbələrin çoxu edilən ilk müdaxilədən sonra evə buraxılıb.

Yataqxana rəhbərliyi 25 ildir ilk dəfə belə bir hadisə ilə qarşılaşdıqlarını deyiblər.

Ərzaq və Kənd Təsərrüfatı Heyvandarlıq İdarəsinin rəsmiləri yeməkdən nümunə götürüblər.

Şərhlər