"Bu dəfə atəş bizim qucağımıza düşdü" - "Anadolu" rəsmisi

09.10.2015 14:25     Sosreaksiya     1970

Xəbər verildiyi kimi, Türkiyənin “Anadolu" agentliyinin Hələb şəhərindəki müxbiri Salih Mahmud Leyla bombalı hücum nəticəsində vəfat edib.

Qeyd edək ki, yerli mənbələr bombalı hücumun İŞİD terror təşkilatı tərəfindən təşkil etdiyini bildirib.

Reaksiya.az “Anadolu” agentliyinin Asiya Qafqaz bölgəsi üzrə təmsilçisi Tolga Özgənçlə əlaqə saxlayıb.  

Tolqa Özgənc üzüntülərinin çox böyük olduğunu söyləyib “ Iş yoldaşımız uzun zamandır Suriyadakı hadisələri “Anadolu" agentliyi üçün izləyirdi. Ən son Rus hava qüvvələrinin dəstəyi ilə Əsəd rejiminin qurudan hərəkətə keçməsi və sürətləndirilməsi nəticəsində bir bölgədə bomba yüklü maşın dostumuzun olduğu yerdə partladıldı və çox təəssüflər ki, dostumuz həyatını itirdi. Yeni evlənmişdi, həyat yoldaşı uşaq gözləyirdi. Qısa bir müddətdən sonra bir övladı dünyaya gələcəkdi.  Acımız, üzüntümüz gerçəkdən çox böyükdür”.

O, həmçinin müxbirin yüksək insani kefyiyyətlərə malik insan, peşəkar işçi olduğunu da vurğulayıb: “Əslində bu hadisələrdə nə qədər təhlükəli iş gördüyümüzü, xəbərçiliyin nə qədər təhlükəli, görülən işin nə qədər önəmli olduğunu bir kəs daha anlayırıq. Əslində oradakı dostumuz öz ölkəsi, inancları adına müqəddəs bir iş görürdü. Bilirsiniz ki, Əsəd yönətiminin təzyiqlərinə görə orada xalqın böyük bir qismi rahat, azad yaşa bilmirdi və son beş ildə azadlıq mübarizəsinə başladılar. Bizim fotomüxbir dostumuzun yaşadığını on minlərlə insan, on minlərlə ailə yaşadı. Amma bu dəfə atəş bizim qucağımıza düşdü. Çox bacarıqlı, peşəkar bir işçi idi, çəkdiyi şəkillərlə beynəlxalq müsabiqələrdə “Anadolu" agentliyini təmsil edirdi. Onu həm gördüyü işlərlə, həm də çox dürüst,əxlaqlı, yüksək keyfiyyətlərə malik insan kimi hər birimiz daima hörmətlə xatırlayacağıq”.

Anadolu” rəsmisi, həmçinin agentlik tərəfindən bir sıra tədbirlər görüləcəyini də açıqlayıb: “Bu gün agentliyimizin redaktorlar iclasında da hər kəsin üzüntüsü üzündə əks olunmuşdu, rəhbərlərimiz, müdürlərimiz gerçəkdən kədərərli haldalar. Bu hadisəylə bağlı “Anadolu" agentliyinin bəzi planları da olacaq.  Bəzi konfrans salonlarına müxbir dostumuz Leylinin adının verilməsi kimi tədbirlərimiz olacaq”.  

Şərhlər